İdarə rəisi: "Gömrük qeydiyyat-keçid prosedurlarının sadələşdirilməsi istiqamətində bir çox işlər görülüb"

Hadisə
  • 31 iyul, 2018
  • 07:49
İdarə rəisi: Gömrük qeydiyyat-keçid prosedurlarının sadələşdirilməsi istiqamətində bir çox işlər görülüb
Report

Bakı. 31 iyul. REPORT.AZ/ Bir müddət əvvəl iqtisadiyyat naziri Şahin Mustafayevin Dövlət Gömrük Komitəsinə (DGK) gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflaşdırılması ilə bağlı müraciəti olub və DGK tərəfindən bu müraciət müsbət qarşılanıb.

"Report" xəbər verir ki, bunu "Sənaye parklarında idxal-ixrac əməliyyatları zamanı gömrük rəsmiləşdirilməsi prosedurlarının sadələşdirilməsi - yaşıl dəhliz" mövzusunda keçirilən dəyirmi masada çıxış edən Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov deyib ki, Azərbaycanda idarəçilik sahəsində aparılan islahatlar həmin sahələrdə şəffaflığın artırılmasına xidmət edir.

DGK-nın Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi Səməd Qaralov isə bildirib ki, son 2-3 ay ərzində gömrük qeydiyyat-keçid prosedurlarının sadələşdirilməsi istiqamətində bir çox işlər görülüb:

"Hazırda gömrük-keçid məntəqəsindən keçən malların hamısı yoxlanılmır. O mallar yoxlanılır ki, onlarda Azərbaycan qanunvericiliyinin pozulması mümkündür. Malların idxalına 1 saat qalmışa qədər "qısa idxal bəyannaməsi" vasitəsi ilə bəyan edilə bilər. Sahibkarlardan xahiş edirəm ki, Nazirlər Kabinetinin 263 nömrəli qərarı ilə yaxından tanış olsunlar. Bu qərarda onların hansı növ bəyannamə təqdim edəcəyi aydın göstərilir".

DGK rəsmisi təmsil etdiyi qurumun 4 ölkə ilə protokol imzaladığını deyib:

"Gürcüstan, Türkiyə, Ukrayna və İran gömrük xidməti ilə protokol imzalamışıq. Protokola əsasən, onlar bizə məlumatları göndərir. Bu isə riskləri hesablamağımıza şərait yaradır".