Həbsdən yeni çıxan şəxs 4 otaqlı evini yandırıb

Hadisə
  • 19 mart, 2025
  • 12:15
Həbsdən yeni çıxan şəxs 4 otaqlı evini yandırıb

Ağcabədidə həbsdən azad olunan şəxs evini yandırıb.

"Report"un Qarabağ Bürosunun verdiyi xəbərə görə, ev sahibi 1976-cı il təvəllüdlü Məmmədov Ziyəddin Eldar oğlu bilinməyən səbəblərə görə evində mübahisə edib. Mübahisə zamanı o, evini yandırıb. Yanğın zamanı ümumi sahəsi 108 km olan 4 otaqlı evin 2 otağı və dam örtüyü yanıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisə martın 18-də baş verib. Ağcabədi şəhərində ümumi sahəsi 108 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 48 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.