Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb

Hadisə
  • 04 dekabr, 2017
  • 05:17
Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanıb

Bakı. 4 dekabr. REPORT.AZ/ Bakı Şəhər Prokurorluğunda DİN-in Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intihar etməsi ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

“Hazırda iş üzrə istintaq aparılır” - deyə, əlavə olunub.

Qeyd edək ki, həbsdə olan H.Məmmədov özünü asaraq intihar edib.

Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb.