Göyçayda üç maşın toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

Hadisə
  • 28 may, 2019
  • 07:21
Göyçayda üç maşın toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
Report

Göyçay rayonunda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin adları məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, qəza zamanı İntiqam Həsənov, Mehman Vəliyev və Sevinc Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub. Yaralılar “təcili yardım” avtomobilləri ilə Göyçay  Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 


*** 9:48

Göyçay rayonunda zəncirvari qəza baş verib. 

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 223-cü kilometrliyində, Göyçay şəhərinin Xurşidbanu Natəvan küçəsində qeydə alınıb. 

Belə ki, "VAZ" markalı üç avtomobil toqquşub. Qəza nəticəsində 3 nəfər  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.