Göyçay sakininin qanunsuz saxladığı silah-sursat götürülüb

Hadisə
  • 04 fevral, 2017
  • 08:38
Göyçay sakininin qanunsuz saxladığı silah-sursat götürülüb

Bakı. 4 fevral. REPORT.AZ/ Göyçay rayon sakinindən silah-sursat aşkarlanaraq götürülüb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çaxırlı kənd sakini Rövşən Seyidovdan müvafiq sənədləri olmayan "TOZ-57" markalı tüfəng, 13 ədəd patron və 1 ədəd bıçaq götürülüb.

44 - Tezliklə