Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov həbs olunub - YENİLƏNİB

Hadisə
  • 25 oktyabr, 2025
  • 22:37
Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov həbs olunub - YENİLƏNİB

Məhkəmə Gəncədə saxlanılan keçmiş vəkil Zabil Qəhrəmanov barəsində qərar verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Məhkəmədə Zabil Qəhrəmanovu 9 vəkil müdafiə edib.

Qeyd edək ki, Zabil Qəhrəmanov oktyabrın 23-də avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin 221.2.2-ci(xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək), 178.2.4-cü (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham olunub.

Gəncədə saxlanılan keçmiş vəkilin məhkəməsi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.

Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.

Xatırladaq ki, o, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti