Gədəbəydə yol-nəqliyyat hadisəsi olub, dörd nəfər xəsarət alıb

Hadisə
  • 27 oktyabr, 2022
  • 19:40
Gədəbəydə yol-nəqliyyat hadisəsi olub, dörd nəfər xəsarət alıb

Gədəbəyin Zəhmətkənd kəndində iki piyada və iki sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili 7 yaşlı Y.A və daha bir azyaşlı piyadanı vurub.

Qəza zamanı avtomobildə olan sərnişinlər - C.O və S.P də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Xəsarət alanlardan Y.A-nın vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə