Füzulidə balıq tutan şəxs suya yıxılaraq boğulub

Hadisə
  • 24 avqust, 2016
  • 07:40
Füzulidə balıq tutan şəxs suya yıxılaraq boğulub

Bakı. 24 avqust. REPORT.AZ/ Füzuli rayonunda balıq tutan şəxs suya yıxılaraq boğulub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, avqustun 23-də Füzuli rayon sakini Maksim Məhərrəmov Aranqala qəsəbəsi ərazisindən keçən kanaldan balıq tutarkən ehtiyatsızlıqdan suya yıxılaraq boğulub. Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.