Ermənilərin atdığı mərmi Tərtərdə evə düşüb, yaşlı qadın yaralanıb

Hadisə
  • 04 aprel, 2016
  • 09:04
Ermənilərin atdığı mərmi Tərtərdə evə düşüb, yaşlı qadın yaralanıb

Bakı. 4 aprel. REPORT.AZ/ Ermənilər Tərtərin cəbhəboyu kəndlərini ağır atıcı silahlardan ve artilleriya qurğularından atəşə tutmaqda davam edir. Bu barədə "Report"a Tərtər Rayon İcra Hakimiyyətindən (RİH) bildirilib.
İcra hakimiyyətindən verilən verilən məlumata görə, rayonun Düyəri kəndi atəşə tutulub: "Ermənilərin atdığı qrad mərmisi fərdi yaşayış evinə düşüb. Nəticədə evdə olan bir nəfər yaşlı qadın yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır".