DTX-nın şöbə rəisi: “Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar nəticəsində 9 ekstremist zərərsizləşdirilib”

Hadisə
  • 03 mart, 2017
  • 09:36
DTX-nın şöbə rəisi: “Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar nəticəsində 9 ekstremist zərərsizləşdirilib”

Bakı. 3 mart.REPORT.AZ/ “Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar nəticəsində 9 ekstremist zərərsizləşdirilib”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov deyib.

O bildirib ki, 4 ekstremist həbs edilib: “2012-ci ildən etibarən Azərbaycan vətəndaşları Türkiyədə iş axtarmaq və s. bəhanələrlə Türkiyədən Suriyaya keçərək orada terror qruplaşmalarına qoşulublar.