Bakıda narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan aşkarlanıb, 16 narkokuryer saxlanılıb

Hadisə
  • 19 oktyabr, 2023
  • 10:41
Bakıda narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan aşkarlanıb, 16 narkokuryer saxlanılıb

Ötən gün Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 104 fakt aşkarlanıb.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, ictimai yerlərdə narkotik maddələrin təsiri altında olan 84, o cümlədən narkokuryerlik etdiyinə görə axtarışda olan 16 nəfərin saxlanılması təmin edilib.

Narkotik vasitələrin qrup halında qəbul edildiyi 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 6 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb.

Saxlanılan şəxslərin hər biri barəsində cinayət və inzibati tədbirlər görülüb. Paytaxtda hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Bakıda narkotiklərin qrup halında qəbul edildiyi 5 məkan aşkarlanıb, 16 narkokuryer saxlanılıb