Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu

Hadisə
  • 09 aprel, 2021
  • 08:05
Dəmiryolu stansiyasından oğurluq edən şəxs tutuldu

Şəmkir rayonunda dəmiryolu stansiyasının ərazisində oğurluğa cəhd edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, hadisə aprelin 8-də baş verib.

Şəmkir rayon sakini C.Məmmədli rayonun dəmir yolu stansiyasının ərazisindən 232 metr kabeli kəsib oğurlamağa cəhd göstərərkən Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

44 - Tezliklə