Dələduzluq etdiyi iddia olunan şəxsin cinayət işi üzrə məhkəmə prosesi keçirilib
- 14 yanvar, 2020
- 08:26
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq etdiyi iddia olunan Nicat Qarayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report”un xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə elan edilib ki, məhkəməyə zərərçəkmiş şəxslərin mülki iddiaları daxil olub. Mülki iddialarda dəymiş maddi və mənəvi zərərin ödənilməsi istənilib.
Daha sonra məhkəmə istintaqının başlandığı bildirilib və prokuror ittiham aktını elan edib.
N.Qarayev elan olunmuş ittihamla özünü qismən təqsirli bildiyini deyib.
Daha sonra prosesdə zərərçəkmiş şəxslər ifadə veriblər.
Proses yanvarın 21-də davam etdiriləcək.
Xatırladaq ki, iddiaya görə, o, bir neçə nəfərə maddi ziyan vurub. Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.