Damarlarını kəsən məktəb direktorunun vəziyyəti orta-ağır olaraq qalır

Hadisə
  • 22 dekabr, 2017
  • 06:09
Damarlarını kəsən məktəb direktorunun vəziyyəti orta-ağır olaraq qalır

Göyçay. 22 dekabr. REPORT.AZ/ Dünən intihara cəhd etmiş Göyçay şəhər 9 saylı orta məktəbinin direktoru 1961-ci il təvəllüdlü Qəribov Akif Mövsüm oğlu Göyçay Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsindədir.

“Report”un bölgə müxbiri xəbər verir ki, onun vəziyyəti orta-ağır olaraq qalır.

Qeyd edək ki, A.Qəribov ötən gün dirsək boşluğu nahiyəsinin damarlarını kəsərək intihara cəhd edib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.