Cocuq Mərcanlıda 4 gündə iki partlamamış hərbi sursat aşkar edilib
- 21 noyabr, 2017
- 00:14
Bakı. 21 noyabr. REPORT.AZ/ ANAMA Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları barədə gündəlik operativ məlumat yayıb.
“Report” xəbər verir ki, gün ərzində Cocuq Mərcanlı kəndində 22 min kv.m (2.20 ha) ərazi tam təmizlənib, 2 500 kv.m (0.25 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb (cəmi: 24 500 kv.m (2.45 ha)), mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.
4 gün ərzində 2 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası və 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)) aşkar edilib, 53 min kv.m (5.30 ha) ərazi tam təmizlənib, 21 500 kv.m (2.15 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.