Cənubi Koreyanın Azərbaycandakı konsulunun arvadı Bakıda qəzaya düşüb

Hadisə
  • 05 aprel, 2018
  • 06:44
Cənubi Koreyanın Azərbaycandakı konsulunun arvadı Bakıda qəzaya düşüb
Report

Bakı. 5 aprel. REPORT.AZ/ Bakıda Cənubi Koreya vətəndaşı qəzaya düşüb.

“Report”un xəbərinə görə, paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində Şahin Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil Cənubi Koreya vətəndaşı Lee Eun Heeyin idarə etdiyi “Hyundai-Tucson” markalı avtomobillə toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Qeyd edək ki, qəzaya düşən xarici vətəndaş Cənubi Koreyanın Azərbaycandakı konsulunun həyat yoldaşıdır.