BŞİH-in şöbə müdiri: "Paytaxtın bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək"

Hadisə
  • 30 avqust, 2018
  • 07:28
BŞİH-in şöbə müdiri: Paytaxtın bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək

Bakı. 30 avqust. REPORT.AZ/ "Bakının bütün rayonlarında qanunsuz tikililər, hasarlar söküləcək".

"Report"un xəbərinə görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Nəzаrət şöbəsinin müdiri Zülfəli İsmayılov deyib.

Onun sözlərinə görə, paytaxtın Xətai rayonunda zəbt edilən 7 ərazi aşkarlanıb, həmin yerlərdə söküntü işləri aparılıb, ərazi təmizlənib. O bildirib ki, həmin ərazilərdə yaşıllaşdırma işləri aparılacaq.

Şöbə müdiri vurğulayıb ki, bu tədbirlər çərçivəsində qanunsuz küçə ticarətinin də qarşısı alınacaq: "Bakı Şəhər İcra Hakimiyyətinin bu cür tədbirləri mütəmadi olaraq davam etdiriləcək".