Binəqədidə şadlıq evinin qarşısından keçən gənc oğlanı maşın vurub

Hadisə
  • 27 noyabr, 2017
  • 00:36
Binəqədidə şadlıq evinin qarşısından keçən gənc oğlanı maşın vurub
Report

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakının Binəqədi rayonu ərazisində gənc oğlanı avtomobil vurub.

"Report" xəbər verir ki, yol-nəqliyyat hadisəsi "Zəngəzur" şadlıq evinin qarşısında baş verib.

1990-ci il təvəllüdlü Şahbazov Şahbaz Balabəy oğlunu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.