Bərdədə traktor yanıb, 1 nəfər xəsarət alıb

Hadisə
  • 08 oktyabr, 2023
  • 13:39
Bərdədə traktor yanıb, 1 nəfər xəsarət alıb

Bərdə rayonunun Qazaxlar kəndində traktorun kabinası yanıb, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb.

Bu barədə "Report"a FHN-dən bildirilib.

Traktorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.