Bayram günü Azərbaycanda 8 yol qəzası olub, 3 nəfər ölüb

Hadisə
  • 09 mart, 2023
  • 05:46
Bayram günü Azərbaycanda 8 yol qəzası olub, 3 nəfər ölüb

Bayram günü Azərbaycanda yol qəzalarının sayı açıqlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd edilib ki, martın 8-də respublikanın avtomobil yollarında ölüm və xəsarətlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi qeydə alınıb: "Nəticədə 3 nəfər ölüb. Hadisələrin biri piyadavurma, ikisi isə toqquşma olub".