Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib - YENİLƏNİB
- 21 avqust, 2026
- 12:19
Yeniliklərdən dərhal xəbərdar olun!
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılov dəfn edilib.
"Report"un Laçına ezam olunan əməkdaşı xəbər verir ki, onun nəşi Astanlı kənd qəbiristanlığının Şəhidlər cərgəsində torpağa tapşırılıb.
Neftçala rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Sərdar İsmayılovla vida mərasimi keçirilib.
"Report"un Aran bürosu xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Neftçala rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra şəhidin nəşi doğulduğu Astanlı kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, Sərdar Cəfər oğlu İsmayılov 1971-ci il avqustun 27-də Neftçalanın Astanlı kəndində anadan olub. 1992-ci il oktyabrın 25-də Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.