Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Hadisə
  • 03 iyun, 2016
  • 08:39
Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb

Bakı. 3 iyun. REPORT.AZ/ Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyunun 1-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub. Xəstəxanaya yerləşdirilən E.Babazadə iyunun 2-də orada ölüb.

M.Əliyevin idarə etdiyi “Daewoo” markalı avtobus 171 saylı marşrut xətti ilə hərəkət edirmiş. 

Faktla bağlı araşdırma aparılır.