Bakıda qadının mənzilindən 50 min manatlıq qızıl oğurlanıb

Hadisə
  • 11 avqust, 2016
  • 12:55
Bakıda qadının mənzilindən 50 min manatlıq qızıl oğurlanıb

Bakı. 11 avqust. REPORT.AZ/ Bakı şəhəri, Nəsimi rayonunda mənzildən qızıl-zinət əşyaları oğurlanıb.

Bu barədə “Report”a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, hadisə A.Mustafayev küçəsində qeydə alınıb. Ev 43-də yaşayan 1977-ci il təvəllüdlü Mahirə Həsənovanın mənzilindən açarseçmə yolu ilə 50 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.