Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar

Fərdi
  • 17 sentyabr, 2026
  • 19:33
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri növbəti turda da qələbə qazanıblar

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti qələbələrini qazanıblar.

"Report"un məlumatına görə, II turda Azərbaycanın kişilərdən ibarət milli komandası Filippin yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı rəqiblərini məğlub edib, Aydın Süleymanlı və Eltac Səfərli isə heç-heçə ediblər.

Qadınlardan ibarət Azərbaycan millisi isə Danimarka üzərində 4:0 hesablı qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərinə qalib gəliblər.

Qeyd edək ki, ilk turda Azərbaycanın kişilərdən ibarət millisi Mərakeşi, qadınlardan ibarət yığma isə Qvatemalanı 4:0 hesabı ilə məğlub edib.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir və sentyabrın 27-də başa çatacaq.