Nikuşor Dan Rumıniyanın baş naziri postuna Ziqfrid Mureşanı irəli sürüb
- 17 sentyabr, 2026
- 19:41
Rumıniya Prezidenti Nikuşor Dan baş nazir postuna Milli Liberal Partiyasından 44 yaşlı avropalı deputat Ziqfrid Mureşanın namizədliyini irəli sürüb.
"Report" xəbər verir ki, bu barədə Dan siyasi partiyalarla görüşlərin yekunları üzrə bildirib, onun çıxışı prezident administrasiyasının saytında yayımlanıb.
"Bizim açıq üstünlüyümüz yoxdur. Bu şəraitdə baş nazir vəzifəsinə bu gün keçirilən məsləhətləşmələrdə ən çox səs toplayan şəxsin namizədliyini irəli sürmək qərarına gəldim. Həmin şəxs isə Ziqfrid Mureşandır", - Rumıniya prezidenti bildirib.
Rumıniya konstitusiyasına əsasən, namizədliyi irəli sürülmüş baş nazirin kabinet formalaşdırmaq və onun proqramını hazırlamaq üçün 10 gün vaxtı var. Əks halda, prezident kabineti parlamenti buraxa və növbədənkənar seçkilər təyin edə bilər.