Bakıda orta məktəblərdən birində kütləvi dava baş verib, şagirdin burnu sındırılıb
Hadisə
- 15 oktyabr, 2015
- 08:55
Bakı. 15 oktyabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonu 160 saylı Klassik Gimnaziyasında 10 və 11-ci sinif şagirdləri arasında kütləvi dava baş verib.
Bu barədə “Report”a Səbail Rayonu Polis İdarəsindən bildirilib.
Hadisə nəticəsində gimnaziyanın 10-cu sinif şagirdi, 16 yaşlı Fərhad İlham oğlu Qasımov döyülüb. Onun burnu sındırılıb. F.Qasımov xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 160 saylı Klassik Gimnaziya Təhsil Nazirliyinin 2013-cü ildə açıqladığı 2012-2013-cü il buraxılış imtahanlarının nəticələrinə görə orta məktəblərin reytinq siyahısında ikinci olub.
Son xəbərlər
17:22
Azərbaycanda mobil cihazlarda "İOS"un bazar payı 2 dəfədən çox azalıb
İKT17:17
Niderland səfirliyi ölkə vətəndaşının Şəkidə xilas edilməsinə görə Azərbaycana təşəkkür edib
Xarici siyasət16:57
"Neftçi" Kenan Piriçlə müqaviləyə xitam verib
Futbol16:55
Azərbaycanda ekologiya sahəsində qəbul edilmiş dövlət standartı yenilənib
Biznes16:54
Foto
Azərbaycanın "SportAccord" ilə əməkdaşlığının inkişaf etdirilməsi müzakirə olunub
İdman16:50
Foto
Azərbaycan və Türkmənistan viza rejiminin sadələşdirilməsini müzakirə edib
Xarici siyasət16:48
AXA: Bəzi təsərrüfat sahiblərinin yeni informasiyalara çıxışı yoxdur
ASK16:47
Azərbaycanda daha 28 nəqliyyat vasitəsi özəlləşdirilib
Biznes16:38