Azərbaycanda mobil cihazlarda "İOS"un bazar payı 2 dəfədən çox azalıb

İKT
  • 02 sentyabr, 2026
  • 17:22
Azərbaycanda mobil cihazlarda İOSun bazar payı 2 dəfədən çox azalıb

Bu ilin avqust ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,23 % təşkil edib.

"Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, iyul ayına nisbətən 3,36 faiz bəndi az, 2025-ci ilin avqust ayının göstəricisi ilə müqayisədə 1,55 faiz bəndi çoxdur.

Mobil cihazlarda "İOS" əməliyyat sisteminin bazar payı aylıq 3,38 faiz bəndi artaraq və illik müqayisədə 0,77 faiz bəndi azalaraq 17,75 % olub.

Planşetlərdə "Android"in bazar payı aylıq müqayisədə 1,96 faiz bəndi azalaraq və illik müqayisədə 17,89 faiz bəndi artaraq 86,08 % təşkil edib.

Həmin cihazlarda "İOS"un bazar payı 13,75 % təşkil edib ki, bu da aylıq müqayisədə 2 faiz bəndi çox, illik isə 17,99 faiz bəndi və ya 2,3 dəfə azdır.

44 - Tezliklə