Bakıda "Moskviç" oğruları tutulub
Hadisə
- 03 oktyabr, 2015
- 08:05
Bakı. 3 oktyabr. REPORT.AZ/ Bakıda avtomobil oğruları tutulub. "Report" Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 2-də saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində "Moskviç 412" markalı avtomobil şübhə doğurduğundan saxlanılıb, sürücüsü, Bakı şəhər sakini Ruslan Kərimov, sərnişinləri Vasiliy Maslakov, Rövşən Gülümcanov, Qəbələ rayon sakini Emil Bəkirov və Qazax rayon sakini Elçin Quliyev 10-cu Polis Bölməsinə aparılıblar.
Araşdırmalar zamanı onların qeyd edilən avtomobili həmin gün Yasamal rayonu B.Səfəroğlu küçəsindən qaçırmaları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
06:21
AP: Nigerdə qiyam cəhdindən sonra onlarla hərbçi həlak olub və ya həbs edilib
Digər ölkələr05:48
"Axios": MKİ rəhbəri Moskvada Tramp, Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib
Digər ölkələr05:15
"Mançester Siti" Qakponun "Liverpul"dan transferi üçün 99 milyon avro təklif etməyə hazırdır
Futbol04:40
Stubb: Çin Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməsinə yol verməyəcəyini bəyan edib
Digər ölkələr04:06
Ankaraya 23 il rəhbərlik etmiş Melih Gökçek barəsində istintaq başladılıb
Region03:44
Odessada valideynlərini öldürüb qardaşını yaralayan şəxs intihar edib
Digər ölkələr03:30
Şimali Koreyanın müdafiə naziri istefaya göndərilib
Digər ölkələr03:12
Qəribabadi: Heç bir gəmi İranla koordinasiyasız Hörmüz boğazından keçə bilməz
Region02:38