Bakıda məktəbəhazırlıq məşğələlərinə cəlb olunan uşaqların sayı açıqlandı

Hadisə
  • 12 iyun, 2020
  • 07:18
Bakıda məktəbəhazırlıq məşğələlərinə cəlb olunan uşaqların sayı açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 268 ümumi təhsil müəssisəsində 983 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. 

İdarədən "Report"a verilən məlumata görə, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 25 832 uşaq məşğələlərə cəlb olunub. 

Bakı şəhərində tətbiq olunan məktəbəhazırlıq qruplarına elektron qeydiyyat təcrübəsi genişləndirilərək, 2019-2020-ci dərs ilindən bütün ölkəni əhatə edib.