Bakıda keçmiş arvadını bıçaqlayan şəxsin apellyasiya şikayətinə baxılır
- 05 noyabr, 2019
- 16:31
Yeniliklərdən dərhal xəbərdar olun!
Keçmiş həyat yoldaşına bıçaqla xəsarət yetirməkdə təqsirli bilinən Vüqar Ələkbərov apellyasiya şikayəti verib.
"Report"un xəbərinə görə, şikayətə Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrlik etdiyi kollegiya baxacaq. İlkin baxış iclası noyabrın 6-na təyin edilib.
Qeyd edək ki, V.Ələkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə təqsirli bilinib.
Hadisə ötən il aprelin 10-da Xətai rayonunda baş verib. Ələkbərov Vüqar Əliheydər oğlu 25 yaşlı keçmiş həyat yoldaşı Ələsgərova Şəbnəm Elman qızına iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nahiyəsindən deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Xətai rayonunun 36-cı polis bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb.
Cinayətin qısqanclıq zəminində törədildiyi bildirilir.