Bakıda inək neft quyusuna düşüb
Hadisə
- 10 fevral, 2015
- 19:46
Bakı. 10 fevral. REPORT.AZ/ Bakının Sabunçu rayonu ərazisində inək neft quyusuna düşüb.
“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun 112 qaynar telefon xəttinə Qala qəsəbəsi, 12-ci mədən küçəsində köməyə ehtiyacı olan heyvan faktorunun olması barədə məlumat daxil olub.
FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, inək dərinliyi təxminən 3, diametri isə 1 metr olan neft quyusuna düşüb. Vətəndaşlar inəyi quyudan çıxara bilmədiklərindən xilasedicilərə kömək üçün müraciət ediblər. Xilasedicilər xüsusi alpinist xilasetmə avadanlıqlarından istifadə etməklə inəyi quyudan sağ çıxararaq, sahibinə təhvil veriblər.
Son xəbərlər
11:40
Kamerun millisinin futbolçusu Karlos Baleba "Mançester Yunayted"ə keçir
Futbol11:37
Tokayev: Qazaxıstanda Qurultaya seçkilər böyük işin başlanğıcıdır
Region11:23
Video
Cəlilabadda avtomobil tamamilə yanıb
Hadisə11:14
Bloomberg: Tramp iyunda birjada mindən çox əməliyyat həyata keçirib
Digər ölkələr11:00
Azərbaycan cüdoçuları Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
Fərdi10:52
Vilnüsə yaxın ərazilərdə NASAMS zenit-raket kompleksləri yerləşdirilib
Digər ölkələr10:52
Foto
Ombudsman Özbəkistanda səfərdə olub
Xarici siyasət10:44
Foto
Qazaxda yol qəzasında iki nəfər ölüb
Hadisə10:41
Foto