Qazaxda 3 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2

Hadisə
  • 24 avqust, 2026
  • 09:23
Qazaxda 3 nəfərin öldüyü avtoqəza ilə bağlı cinayət işi başlanıb - YENİLƏNİB-2

Qazaxda 3 nəfərin öldüyü yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

"Report" xəbər verir ki, rayonun Xanlıqlar kəndi ərazisində 1997-ci il təvəllüdlü Mustafayev Şadət Məhəmməd oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə 1968-ci il təvəllüdlü İbrahimov Məqsəd Oruc oğlunun idarə etdiyi "Opel" markalı avtomobillə toqquşub.

Nəticədə "Opel" markalı avtomobilin sürücüsü Məqsəd İbrahimov və həmin avtomobildə sərnişin qismində olan 1955-ci il təvəllüdlü Mustafayev Fəxrəddin Mustafa oğlu hadisə yerində, 1958-ci il təvəllüdlü Mustafayeva Sakibə Camal qızı Qazax rayon Mərkəzi Xəstəxanasında ölüb. "Mercedes" markalı avtomobilin sürücüsü Şadət Mustafayev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qazax RPŞ-də CM-nin 263.3-cü (yol-istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib.

Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölənlərin sayı üç nəfərə çatıb.

"Report"un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində Səkinə Mustafayeva (1958-ci təvəllüdlü), Məqsəd İbrahimov (1968-ci il təvəllüdlü) və Fəxrəddin Mustafayev (1959-cu il təvəllüdlü) hadisə yerində vəfat ediblər.

Bundan başqa xəsarət alan 1997-ci il təvəllüdlü Şəadət Mustafayev xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Qazax rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanlıqlar kənd yolunda qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil "Opel" markalı nəqliyyat vasitəsilə toqquşub.

İlkin məlumata görə, hadisə zamanı iki nəfər dünyasını dəyişib. Ölən şəxslərin kimliyi, həmçinin hadisənin dəqiq səbəbləri araşdırılır.