Azərbaycan cüdoçuları Türkiyədəki turnirdə 3 qızıl, 1 bürünc medal qazanıblar
Fərdi
- 23 avqust, 2026
- 11:00
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Yeniyetmə oğlan cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin Ordu şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edib.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Yarışda dörd idmançı ilə təmsil olunan yığmanın bütün üzvləri medal qazanıblar.
Qərib Atababayev (55 kq), Raul Məlikzadə (60 kq) və Nihad Məlikli (+90 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib olublar. Muhəmməd Səttarov (60 kq) isə turniri bürünc medalla başa vurub.
Millinin məşqçisi Orxan Səfərovun rəhbərliyi ilə yarışa qatılan yığma yekunda 3 qızıl və 1 bürünc olmaqla 4 mükafat qazanıb.
Son xəbərlər
18:22
Bakıda beynəlxalq arbitrajın etik standartlarının müzakirəsinə həsr olunan seminar keçirilib
Daxili siyasət
18:02
Foto
Mədəniyyət naziri Adil Kərimli TÜRKSOY Daimi Şurasının 43-cü iclasında iştirak edib
Mədəniyyət siyasəti
17:58
Zelenski hərbi sahədə kadr təyinatlarının olacağını açıqlayıb
Digər ölkələr
17:55
Kamçatkada 6,2 maqnitudalı zəlzələ olub
Digər ölkələr
17:48
Foto
"Dərsliklərin məzmunu" mövzusunda üçüncü təlim-müzakirə sessiyası keçirilib
Elm və təhsil
17:40
Azərbaycan və Pakistan ali məhkəmələri əməkdaşlıq memorandumu imzalayacaqlar
Xarici siyasət
17:27
BMT məhkəməsi Argentinanın Folklend adaları yaxınlığındakı neft layihəsi ilə bağlı sorğusunu rədd edib
Digər ölkələr
17:24
Rumıniyada Şri-Lanka vətəndaşlarının olduğu avtomobil qəzaya uğrayıb, ölən var
Digər ölkələr
17:22
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
Sənaye