Kamerun millisinin futbolçusu Karlos Baleba "Mançester Yunayted"ə keçir

Futbol
  • 23 avqust, 2026
  • 11:40
Kamerun millisinin futbolçusu Karlos Baleba Mançester Yunaytedə keçir

Kamerun millisinin futbolçusu Karlos Baleba İngiltərənin "Mançester Yunayted" klubuna keçir.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, "qırmızı şeytanlar" 22 yaşlı yarımmüdafiəçiyə görə "Brayton"a 65+5 milyon funt sterlinq ödəyəcək.

Xatırladaq ki, Karlos Baleba 2023-cü ildə Fransanın "Lill" klubundan 27 milyon avroya "Brayton"a keçib.