Bakıda cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb

Hadisə
  • 23 noyabr, 2016
  • 13:02
Bakıda cəzaçəkmə müəssisəsində məhbuslar arasında dava düşüb, iki nəfər xəsarət alıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 10 saylı cəzaçəkmə müəssisəsində (CM) dustaqlar arasında dava baş verib.

“Report”un xəbərinə görə, dava zamanı CM-də cəza çəkən 1990-cı il təvəllüdlü Amid Əliyev şüşə stəkanla məhbus yoldaşı 1984-cü il təvəllüdlü Samir Mudriyanova xəsarət yetirib. Bu zaman yaranan qarışıqlıqdan istifadə edən S.Mudriyanov şüşə stəkanın qırıntıları ilə A.Əliyevə hücum edərək ona bədən xəsarətləri yetirib.

Faktla bağlı araşdırma aparılır.

44 - Tezliklə