Bakıda bir ailənin 3 üzvü kimyəvi məhluldan zəhərlənib

Hadisə
  • 23 may, 2016
  • 08:29
Bakıda bir ailənin 3 üzvü kimyəvi məhluldan zəhərlənib

Bakı. 23 may. REPORT.AZ/ Bakıda bir ailənin 3 üzvü zəhərlənib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Məlumata görə, mayın 22-də Suraxanı rayonunun Bülbülə qəsəbəsində yaşayan İlham Nəsibov, bacısı Lalə və əmisi oğlu Kənan Nəsibov evlərindən kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanaya gətirilib.

Faktla bağlı araşdırma aparılır.