Pidlasa: 2027-ci ildə xərcləri qarşılamaq üçün Ukraynaya daha 32,6 milyard dollar lazımdır

Digər ölkələr
  • 16 sentyabr, 2026
  • 23:54
Pidlasa: 2027-ci ildə xərcləri qarşılamaq üçün Ukraynaya daha 32,6 milyard dollar lazımdır

Ukrayna 2027-ci ildə büdcə xərclərini qarşılamaq üçün daha 32,6 milyard dolların alınması barədə tərəfdaşlarla razılığa gəlməlidir.

"Report"un Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ali Radanın büdcə komitəsinin sədri Roksolana Pidlasa bildirib.

"2027-ci ildə Ukraynaya 52,6 milyard dollar beynəlxalq maliyyələşmə tələb olunacaq. Bu məbləğin 20 milyard dolları artıq tərəfdaşlar tərəfindən təsdiqlənib, daha 32,6 milyard dollar isə cəlb edilməlidir", - o bildirib.

Daha əvvəl Ukraynanın baş naziri Sergey Koretski bildirib ki, hökumət 2027-ci ilin büdcə layihəsini parlamentə təqdim edib və burada müdafiə ehtiyacları üçün rekord həcmdə - 4 trilyon 885 milyard qrivna (109,6 milyard dollar) və ya ÜDM-in demək olar ki, 44%-i qədər vəsaitin ayrılması nəzərdə tutulur. Bununla yanaşı, 2027-ci il üçün planlaşdırılan büdcə xərcləri gəlirləri 1,6 trilyon qrivna (təxminən 36 milyard dollar) üstələyəcək.

44 - Tezliklə