Bakıda avtomobil 54 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Hadisə
  • 12 sentyabr, 2022
  • 03:27
Bakıda avtomobil 54 yaşlı kişini vuraraq ağır xəsarət yetirib

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Bakıxanov qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Əliyev Yavər Allahyar oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır sümüklərinin açıq yerdəyişən sınıqları diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.