Bakıda ahıl kişi gəlinin qohumları tərəfindən bıçaqlanıb

Hadisə
  • 06 aprel, 2018
  • 01:35
Bakıda ahıl kişi gəlinin qohumları tərəfindən bıçaqlanıb

Bakı. 6 aprel. REPORT.AZ/ Bakının Binə qəsəbəsində bıçaqlanma hadisəsi olub.

"Report" xəbər verir ki, "Südçülük Sovxozu" kimi tanınan ərazidə yaşayan 1949-cu il təvəllüdlü Mustafayev Əli Məcid oğlu yatdığı vaxt iki nəfər naməlum şəxs tərəfindən bayıra çağırılıb.

Bayıra çıxdıqda isə naməlum şəxslər ona 4 bıçaq zərbəsi vurublar.

Yaralı xəstəxanaya yerləşdirilib. Ə.Mustafayevin qohumlarının dediyinə görə, hadisəni kişinin gəlininin yaxınları törədib. Səbəb isə onun oğlunun qadından boşanması olub.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.