Bakı-Moskva reysinin təcili eniş edən təyyarəsinin sərnişinin vəziyyəti orta ağırdır

Hadisə
  • 31 avqust, 2019
  • 11:39
Bakı-Moskva reysinin təcili eniş edən təyyarəsinin sərnişinin vəziyyəti orta ağırdır

Bu gün səhər saatlarında Bakıdan Moskvaya uçan təyyarə təcili olaraq Volqoqrad hava limanına eniş edib.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, sərnişinlərdən birinin halı pisləşib.

İndi onun vəziyyəti orta ağırdır. 62 yaşlı təqaüdçü xəstəxananın Kardiologiya şöbəsinə köçürülüb.

Sərnişin Almaniyada yaşayan Azərbaycan vətəndaşıdır.

44 - Tezliklə