Azərbaycandan Rusiyaya saxta sənədlə avtomobil ehtiyat hissələri keçirilməsinin qarşısı alınıb

Hadisə
  • 17 noyabr, 2026
  • 15:02
Azərbaycandan Rusiyaya saxta sənədlə avtomobil ehtiyat hissələri keçirilməsinin qarşısı alınıb

Azərbaycandan Rusiyaya saxta sənədlərlə avtomobil ehtiyat hissələri keçirilməsinin qarşısı alınıb.

Bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Bildirilib ki, Sərhəd Nəzarətinin "Samur" dövlət sərhədindən buraxılış məntəqəsində Azərbaycandan Rusiya istiqamətində hərəkət edən "Mercedes" və "Renault" markalı yük nəqliyyat vasitələrinə baxış keçirilib.

Yoxlama zamanı "Mercedes" markalı nəqliyyat vasitəsində 9 ton 200 kiloqram, "Renault" markalı nəqliyyat vasitəsində isə 14 ton 445 kiloqram avtomobil ehtiyat hissəsi aşkar edilib.

Yüklərə dair sənədlərin yoxlanılması nəticəsində təyinat ölkəsi dəyişdirilməklə saxtalaşdırılmış müşayiətedici sənədlərin təqdim olunduğu müəyyən edilib və hər iki nəqliyyat vasitəsinin sürücüsü saxlanılıb.

Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

44 filmi