Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb

Maliyyə
  • 17 noyabr, 2026
  • 14:47
Azərbaycanda birdəfəlik sosial müavinətlərin ödənişi yekunlaşdırılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu bu gün respublika üzrə dəfn üçün birdəfəlik müavinət, uşağın anadan olmasına görə birdəfəlik müavinət, cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətləri ödəyərək yekunlaşdırıb.

"Report" bu barədə Fonda istinadən xəbər verir.