Qətər vasitəçilik səyləri çərçivəsində İran nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb

Digər ölkələr
  • 17 noyabr, 2026
  • 14:51
Qətər vasitəçilik səyləri çərçivəsində İran nümayəndələri ilə görüş keçirəcəyini açıqlayıb

Yaxın saatlarda ABŞ və İran arasındakı münaqişənin nizamlanması üzrə təkliflərin müzakirəsi üçün İran nümayəndələri ilə görüş baş tutacaq.

"Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə Qətərin Xarici İşlər Nazirliyinin nümayəndəsi Məcid əl-Ənsari mətbuat konfransında bildirib.

"İran tərəfi ilə bugünkü görüş vasitəçilik səyləri və cari təkliflər üzrə fikir mübadiləsi çərçivəsində keçiriləcək", - o qeyd edib.

Əl-Ənsarinin sözlərinə görə, vasitəçilik səyləri davam edir, qarşıdakı görüş isə tərəflərin mövqelərini yaxınlaşdırmaq məqsədi daşıyır. O, həmçinin ABŞ və İranı hər hansı eskalasiyadan çəkinməyə çağırıb.

44 filmi