Azərbaycanda qəbiristanlıqdan mərmər güldanları oğurlayan şəxslər saxlanılıblar

Hadisə
  • 02 avqust, 2017
  • 07:56
Azərbaycanda qəbiristanlıqdan mərmər güldanları oğurlayan şəxslər saxlanılıblar

Bakı. 2 avqust. REPORT.AZ/ Azərbaycanda qəbiristanlıqdan mərmər güldanları oğurlayan şəxslər saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, iyulun 19-da Biləsuvar rayonunun 3 saylı qəsəbəsi ərazisindəki qəbiristanlıqdan 4 ədəd mərmər güldanı oğurlamaqda şübhəli bilinən İmişli rayon sakinləri Zülfüqar Nuruzadə və Usub Hüseynov Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.