Azərbaycan vətəndaşı hərbi qulluqçunu öldürməkdə şübhəli bilinərək Ukraynada saxlanılıb

Hadisə
  • 05 fevral, 2018
  • 06:02
Azərbaycan vətəndaşı hərbi qulluqçunu öldürməkdə şübhəli bilinərək Ukraynada saxlanılıb

Bakı. 5 fevral. REPORT.AZ/ Azərbaycan vətəndaşı hərbi qulluqçunu öldürməkdə şübhəli bilinərək Ukraynanın Zaporojye şəhərində saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Kiyev Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, bu il fevralın 1-də gecə saatlarında Kiyevin Dneprovsk rayonundakı restoranların birində bir qrup şəxs arasında mübahisə yaşanıb. Hadisə nəticəsində 22 yaşındakı kişi, müqavilə üzrə hərbi qulluqçu ölümcül bıçaq yarası alıb.

"Kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin şəxsiyyətini müəyyənləşdiriblər. Bu, 31 yaşlı Azərbaycan vətəndaşıdır. O, Zaporojyedə saxlanılıb", - məlumatda deyilir.

Bu gün məhkəmə onun barəsində hökm çıxaracaq.

44 - Tezliklə