Axtarışda olan Rusiya vətəndaşı Azərbaycana keçməyə cəhd göstərərkən saxlanılıb

Hadisə
  • 27 fevral, 2017
  • 09:00
Axtarışda olan Rusiya vətəndaşı Azərbaycana keçməyə cəhd göstərərkən saxlanılıb

Bakı. 27 fevral. REPORT.AZ/ Dağıstanda qanunsuz şəkildə Azərbaycan ərazisinə keçməyə cəhd göstərən Rusiya vətəndaşı saxlanılıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, həmin şəxs Tahirkənd-Qazmalar sərhəd buraxılış məntəqəsində tutulub.

Sərhəd Xidməti əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxs Saratov vilayətində vəzifə səlahiyyətlərindən istifadə edərək fırıldaqçılıq etməkdə təqsirləndirilir və federal axtarışda olub.

44 - Tezliklə