"Avis" apteklər şəbəkəsinin sahibi həbs olunub
Hadisə
- 29 yanvar, 2016
- 07:03
Bakı. 29 yanvar. REPORT.AZ/ Bakıda geniş aptek şəbəkəsinə malik olan "Avis" Tibbi Marketlərinin direktoru Elmir Məhərov həbs olunub.
"Report"un əldə etdiyi məlumata görə, “Avis” apteklərinin sahibi ötən gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Bu gün Binəqədi Rayon Məhkəməsində Elmir Məhərov barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, "Avis" Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ilin yanvar ayından başlayıb. Həmin ildə şəbəkənin ilk şöbəsi olan “İstanbul” apteki açılıb. 8 il ərzində isə şirkət Bakıda 10 aptek yaradıb.
Son xəbərlər
10:04
Cəzaçəkmə müəssisələrinə 800 kitab hədiyyə edilib
Din09:49
"Çelsi" La Liqa klubundan Pep Çavarriyanı transfer edəcək
Futbol09:44
Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək
Energetika09:42
AYNA: Avtobus marşrutlarına onlayn bilet satışı təxminən 2 dəfə artıb
İnfrastruktur09:38
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda və daş kömür göndəriləcək
Biznes09:35
Rusiya Qara dənizdə Ukraynanın 3 gəmisinə zərbə endirib
Region09:27
"Monako" Romelu Lukakunu transfer etmək niyyətindədir
Futbol09:17
Ukrayna "Wildberries" anbarlarına zərbələri davam etdirir
Region09:14