Rusiya Qara dənizdə Ukraynanın 3 gəmisinə zərbə endirib

Region
  • 07 avqust, 2026
  • 09:35
Rusiya Qara dənizdə Ukraynanın 3 gəmisinə zərbə endirib

Rusiya Silahlı Qüvvələri Qara dənizdə Ukraynanın 3 quru yük gəmisinə zərbə endirib.

"Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.

Hərbi təyinatlı yük daşıyan gəmilərə zərbə avqustun 6-sı axşam və avqustun 7-si səhər saatlarında endirilib.

Zərbə zamanı pilotsuz uçuş aparatlarından istifadə olunub.

44 - Tezliklə