"Monako" Romelu Lukakunu transfer etmək niyyətindədir

Futbol
  • 07 avqust, 2026
  • 09:27
Monako Romelu Lukakunu transfer etmək niyyətindədir

Fransa təmsilçisi "Monako" İtaliyanın "Napoli" klubunun hücumçusu Romelu Lukakunu transfer etmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə jurnalist Nikolo Skira "X" sosial şəbəkəsində paylaşım edib.

Liqa 1 təmsilçisi Belçika millisinin 33 yaşlı üzvü ilə bağlı "Napoli"dən informasiya istəyib.

Bildirilib ki, Lukaku bu yay Türkiyə klublarından aldığı iki təklifi geri çevirib.

Təcrübəli hücumçunun "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci il iyunun 30-dək nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 6 milyon avro qiymətləndirir.

Qeyd edək ki, R.Lukaku ötən mövsüm Neapol təmsilçisinin heyətində 6 oyunda 1 qol vurub. O, 2026-cı il dünya çempionatında isə 6 matçda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.