"Çelsi" La Liqa klubundan Pep Çavarriyanı transfer edəcək
Futbol
- 07 avqust, 2026
- 09:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniyanın "Rayo Valyekano" klubunun müdafiəçisi Pep Çavarriya karyerasını İngiltərənin "Çelsi" klubunda davam etdirəcək.
"Report" xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
London klubu 28 yaşlı futbolçunun transferi üçün La Liqa təmsilçisinə 19 milyon avro ödəyəcək. Razılaşmaya əsasən, əlavə 2 milyon avro bonus da nəzərdə tutulub.
"Transfermarkt" portalı Pep Çavarriyanın transfer dəyərini 10 milyon avro qiymətləndirir.
İspaniyalı müdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyuna çıxıb. O, bu görüşlərdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Son xəbərlər
08:33
Lamin Yamal "Qızıl top" barədə danışıb
Futbol08:17
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur08:08
Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib
Elm və təhsil07:50
Bu gün Nəsimi rayonunun bəzi ərazilərində qaz olmayacaq
Energetika07:25
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirərək maliyyə əməliyyatlarını məhdudlaşdırıb
Digər ölkələr06:57
Xocavənd sakini: İşğaldan azad edilmiş ərazilər hər keçən gün daha da abadlaşır
Daxili siyasət06:51
Foto
Cəbrayılın Şükürbəyli kəndinə, Xocalı və Xocavənd şəhərlərinə növbəti köç karvanları yola salınıb
Daxili siyasət06:33
Şəhid bacısı: Qəhrəmanlarımız sayəsində öz yurd-yuvamıza qayıdırıq
Daxili siyasət06:22